Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb

3 İyul 2020 23:49 (UTC+04:00)

Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb.

SİA xəbər verir ki, hadisə Bərdə rayonunun Qarabağ qəsəbəsində qeydə alınıb.

7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.