Xəstəliyin daha irəli səviyyəsində virus yuxarı tənəffüs yollarında aşkar edilmir

3 İyul 2020 18:28 (UTC+04:00)

"Xəstəliyin daha irəli səviyyəsində virus yuxarı tənəffüs yollarında aşkar edilmir". SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, xəstəliyin daha irəli səviyyəsində onu yalnız ağciyərlərdə "buzlu şüşə" formasında müəyyən etmək olur, hansı ki, həmin mərhələdə ağciyərlərin toxumalarının zədələndiyi müşahidə edilir və bu çox təhlükəli haldır: "Bu zaman infeksiya yuxarı tənəffüs yollarında aşkar olunmur. Bununla da xəstəlik klinik əlamətlərlə dəyərləndirilir".