SMS icazələrinin cavabı 15 dəqiqə ərzində çatdırılacaq

3 İyul 2020 18:04 (UTC+04:00)

"Hazırda SMS icazələrinin cavabları 15 dəqiqə ərzində çatdırılır". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib. Vətəndaşlara SMS icazələri ilə bağlı cavab müəyyən qədər gecikdirilib. Vətəndaşlar cavab gəldindən sonra çölə çıxa bilərlər.