Həftə sonu yalnız SMS icazələrindən istifadə olunacaq

3 İyul 2020 17:59 (UTC+04:00)

"Həftə sonları işinə icazə verilmiş şəxs ona verilmiş icazədən istifadə edə bilməz". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

Bu şəxslər də digər vətəndaşlarımız kimi SMS icazə sistemindən istifadə edə biləcək: "Fəaliyyətinə icazə verilməyən sahədə çalışan lakin fəaliyyətinin labüd olduğunu düşünən şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər, hansı ki, onun vəzifəsi karantin dövründə əhəmiyyətlidir. SMS icazə növlərində dəyişiklik edilməyib. Belə k,i təxirəsalınmaz tibbi xidmətlə bağlı 1 kodundan, hava almaq, ərzaq təminatı və apteka getmək istəyən şəxslər 2 kodundan istifadə edə bilər".