Fəaliyyətinə icazə verilmiş şəxslər bu nəqliyyat vasitəsindən istifadə edə bilər

3 İyul 2020 17:55 (UTC+04:00)

"Həftə sonları fəaliyyətinə icazə verilmiş şəxslər fərdi avtomobili, xidməti avtomobili və taksi vasitəsilə işə gedə bilər". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə ictimai nəqliyyat həftə sonları fəaliyyət göstərməsə də taksi xidməti qüvvədə olacaq: "Həftə sonları fəaliyyətinə icazə verilən şəxslər fərdi avtomobillərindən, xidməti avtomobillərdən istifadə etməklə fəaliyyətə davam edə bilərlər".