Rayonlara gediş-gəliş nə vaxt bərpa ediləcək? PREZİDENT KÖMƏKÇİSİ

3 İyul 2020 17:51 (UTC+04:00)

"İstənilən epidemiyanın qarşısını almaq üçün onun lokallaşdırılmasını və izolyasiyasını təmin etməliyik". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu cəhətdən rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi kimi bir şeydir: "Ona görə də virusu lokallaşdırmaq və insanların özünü izolyasiya etməsini təmin etməklə yoluxma sayının qarşısını almaq olar. Yalnız bundan sonra rayonlara da gediş-gəliş də bərpa oluna bilər".