190 manat ödənişin verilməsinə hissə-hissə başlanılacaq ŞAHMAR MÖVSÜMOV

3 İyul 2020 17:47 (UTC+04:00)

Dövlət tərəfindən 190 manat əlavə maddi təsdiyin verilməsi ilə bağlı yaxın zamanda həyata keçiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu ödənişlər hissə-hissə həyata keçiriləcək: "Çünki ödənişlərin alınması zamanı sıxlıq yaranır. Buna görə də həmin sıxlığa nəzarət etməklə həyata keçiriləcək. Sərt karantin rejiminə 8 yeni rayon da əlavə olundu. Həmin rayonlarda da bu vəsaitkərin verilməsi ilə bağlı da müzakirələr aparılacaq".