Yoluxma populyasiyası artıqca daha ağır hallara rast gəlirik TƏBİB

3 İyul 2020 17:33 (UTC+04:00)

Yoluxma populyasiyası artıqca daha ağır hallara rast gəlirik. SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Qadınlar arasında yoluxma üstünlük təşkil edir. Araşdırmalar zamanı yas yerlərində kütləvi yoluxmaların daha çox baş verdiyi məlum olub. Bu kütləvi yoluxma halları zamanı 84 nəfərə qədər rəqəmin artığı da müşahidə olunub. Yoluxma aktivliyinə görə Bakıda 57 faiz təşkil edir. Sumqayıtda isə yoluxma aktivliyi 15 faiz təşkil edir. Abşeron rayonu üzrə 6 faiz, Gəncə şəhəri üzrə 3 faiz aktiv yoluxma halı müşahidə olunur. Bu bölgələr virusa yoluxanların sayı əksəriyyət təşkil edir. Oğuz, Xızı, Yardımlı, Zərdabda isə vəziyyət qənaətbəxşdir. Salyan, Neftçala, Biləsuvar, Astara və Ağcəbədi rayonları sarı zonalara daxil edilib. Yevlax, Şəki, Cəlilabad kimki narıncı zonalarda yüksək yoluxma sayı müşahidə olunur", deyə TƏBİB sədri bildirib.