Bu gün 583 nəfər virusa yoluxub 7 nəfər vəfat edib

3 İyul 2020 17:18 (UTC+04:00)

"Bu gün ölkə üzrə 7137 test həyata keçirilmiş, gün ərzində 583 yoluxma faktı aşkar edilib". SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

Bu gün 7 nədər virusdan həyatını itorib. 395 nəfər virusdan sağalıb. Ümumi ölkə üzrə 502 965 test həyata keçirilib. 19 367 ümumi yoluxma faktı qeydə alınıb. Ümumi 235 nəfər virusdan vəfat edib. Ümumi 10 820 nəfər isə xəstəlikdən sağalıb. Hazırda 8 212 aktiv xəstə mövcuddur. Onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına bağlıdır.