Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

3 İyul 2020 16:22 (UTC+04:00)

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi koronavirusdan həyatını itirib. SİA-nın məlumatına görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. O, idmançının ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov virusa yoluxduqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş və komaya düşmüşdü. Koronavirus onun orqanizmində digər ağırlaşmalara yol açmışdı.