YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar FOTOLAR

3 İyul 2020 16:01 (UTC+04:00)

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının əməkdaşları tərəfindən əhalinin karantin qaydalarına əməl etməsi üçün mütəmadi olaraq maarifləndirici, izahedici söhbətlər aparılır, sosial aksiyalar həyata keçirilir. Növbəti belə tədbirlərdən biri şəhərin böyük marketlərinin qarşısında təşkil olunub.

Aksiyada YAP Gəncə şəhər təşkilatının əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər və sakinlərə tibbi maskalar paylayıblar.

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.