Ermənistan qarşıdurma ocağına çevrilir və məhvə sürüklənir TƏHLİL

3 İyul 2020 15:14 (UTC+04:00)

Zaman-zaman Ermənistanın, eləcə də dünyaya səpələnən, yer kürrəsinin müxtəlif qütblərində məskunlaşan ermənilərin və ermənipərəstlərin işğalçılıq, talançılıq, qəsbkarlıq, terrorçuluq, faşist mövqeyi vaxtaşırı özünü göstərib və hər dəfə də bəlli olub ki, bütün bu mövqelər başqalarına məxsus torpaqların, mədəniyyətlərin, adət-ənənələrin mənimsənilməsi, özlərində olmayanın özününküləşdirilməsi məqsədi daşıyıb və daşıyır. Doğrudur, xalq kimi özünü təsdiq etməyə çalışan bu toplum öz mövqelərini dəfələrlə dəyişmiş, zamana, məqama uyğun olaraq sərfəsi naminə forma və rəng dəyişikliyinə uğramışsa da, mövqeyini, manipulyasiya edərək, ələ keçirmək, zəbt etmək siyasətindən, strategiuasından əl çəkməmişdir. Necə deyərlər, ayının yüz oyunu armudun üstündə olduğu kimi, bu toplumun da bu vaxta qədərki yüz dəfə mövqe dəyişmələri, bir sözlə yüz oyunu özününküləşdirmək niyyəti ilədir.

Erməni faşistlərinin Böyük Vətən Müharibəsi dövründəki mövqeyi, daha doğrusu mövqesizliyi barədə ölkə başçısı Cənab Prezidentimiz dəfələrlə mötəbər tribunalarda bəyan edib və erməni baş nazirin babasına qədər onların hər biri ifşa edilib də. Hitlərə qulluq etmələri, bir zamanlar vahid ölkə, vətən kimi sayılan Sovetlər İttifaqına satqınlıqları indi artıq heç kim üçün sirr deyil və bunu bütün dünya ölkələri ilə bərabər Rusiya vətəndaşları da, bu ölkənin prezidenti də, səlahiyyətliləri də yaxşı bilirlər.
Məsələ burasındadır ki, uzun illər, ələlxüsus Sovet İttifaqının mövcudluğu dövründə və bu ölkənin dağılmasından da bir qədər müddət ərzində ermənilər “böyük qardaş” kimi qələmə verdikləri ruslara sadiqlik göstərdiklərini nümayiş etdirməyə çalışdılar və hardasa bunu bacardılar da. İllər boyu yaltaqlıqla da olsa, olmayan əxlaqi-mənəvi dəyərlərini satmaqla da olsa özlərini Rusiyanın, rusların yanında kiçik qardaş kimi, sadik köpək kimi göstərməyə və onları inandırmağa nail oldular. Elə bu zamana qədər mövcudluqlarının, hansısa ərazilərə sahibliyi deyil, ən azından məskunlaşmaları da məhz Rusiyanın, rusların sayəsindədir. Azərbaycana məxsus torpaqlarda, bir zamanlar İrəvanda, ötən əsrin sonlarından etibarən isə Dağlıq Qarabağda öz aləmlərində, at oynatmaları da məhz ruslar, Rusiyanın dəstəyi, nəyinki dəstəyi arxa-dayaqlığı sayəsindədir. Amma ayı ilə bağlı deyilən zərb məsəldə olduğu kimi, yüz oyunu armud üstündə edən bu toplum onu da başa düşməlidir ki, “özgə atına minən tez düşər” kimi bir zərb məsəli də var və məntiqi sonluq yalnız bunu vəd edir. Elə bu ölkədəki məlum hadisələr də bu sonluqdan xəbər verir.
Deyək ki, 70 il ruslara nəinsə müqabilində yaltaqlanmaq məcburiyyətində qalan ermənilər imperiyanın dağılmasından sonra bir müddət də ikiüzlülüklərini gizlədə bildilər. Bu imperiyanın dağıldığı dövrdə həmin ikiüzlülüklə də “böyük qardaş” dediklərinə bir də bu şəkildə xitab edərək Azərbaycana məxsus Dağlıq Qarabağ torpaqlarını qəsb etmək, qarət etmək, mənimsəmək kimi arzularına müvəqqəti də olsa çatdılar. Rusiya hərbi gücündən, nüfuzundan və bir çox məqamlardan ikiüzlülük məharəti ilə istifadə edərək öz məkrli niyyətlərini reallaşdırdılar. Əks halda onların açıq-aydın şəkildə, yenə də təkrar edək ki, açıq-aydın şəkildə torpaq iddiası, mənimsəmə istəkləri özünü biruzə verə bilməzdi və “arxalı köpək qurd basar” misalına rəğmən bu istəkləri ortaya çıxdı və torpaqlarımıza hucum çəkmək kimi bir cəsarət tapdılar özlərində.

Sadalananlar tarixi reallıqlardır, baxmayaraq ki, indi erməni mediası da, erməni diplomatiyası da tamailə başqa bir mənzərə yaratmaq fikrindədir dünya ictimaiyyəti, ələlxüsus beynəlxalq təşkilatlar qarşısında. Amma artıq bu reallıqlardan sonra, istədiklərini əldə etdikdən sonra ermənilərə daha ruslar lazım olmadı və indi Rusiyaya yaltaqlanmaqda fayda görülmür deyə görünür ki, başqa bir böyük qardaşın ətəyindən tutmaq fikrinə düşüblər. Elə Nikol Paşinyan adlı küçə nümayişçisinin, beli çantalı qaraguruhçunun hakkimiyyət postunda dövlət çevrilişi ilə, bir növ məcburi şəkildə oturdulması da təsadüfi və səbəbsiz deyildi. Sorosun, onun fondunun qulluqçusu Paşinyan, elə Hitlərə satılan babası Paşinyanın oxşarı və nəvəsidir ki, var. Bu arada, “ot kökü üstündə bitər” zərb məsəli də yerinə düşür. Olmayan kökü üstündə bitən Nikol babasına layiq şəkildə özlərinə böyük qardaş seçdikləri rusları bir anda atıb, Sorosun ətəyindən tutdu, Qərbi özünə böyük qardaş seçdi, halbuki seçdiyi böyük qardaşları da əvvəlki böyük qadaşlarının əzəli və əbədi rəqibi sayılır. Qısa şəkildə desək növbəti erməni xəyanətinə bu dəfə Nikol Paşinyan özü imza atdı ki, bunun da şahidi oldular ruslar.

Hadisələrin gedişatı təsdiq edir ki, Rusiya hökuməti, onun səlahiyyətliləri, ruslar bir müddət vəziyyəti müşahidə etmək mövqeyini seçdilər və bir növ mövqe dəyişkənliyi, mövqesizlik kimi xarakterlərinə görə gözlədilər. Amma son hadisələr təsdiq edir ki, bu dəfə Ermənistan hakimiyyəti, Paşinyanın komandası anti-Rusiya təbliğatına geniş yer ayırır və öz niyyətini gizlətmir də. Ermənistan hakimiyyətinin bu niyyətini erməni cəmiyyəti özü də çox yaxşı başa düşür, hətta işğalçı ölkənin mediası da bunu etiraf edir.

Ermənistanda anti-Rusiya hisslərinin güclənməsi artıq Rusiyanı ciddi addımlar atmağa məcbur edir. Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlarda da bu öz əksini tapır və bu barədə "İrates" qəzeti açıq-aşkar yazır. Nəşrin yazdığına görə, Rusiya bu günlərdə həm tanınmış siyasi qüvvələrlə, həm də Ermənistanın müxalifət düşərgəsində intensiv iş aparmağa başlayıb. Qeyd olunur ki, bu tempdə Ermənistandakı təsir zonasının tamamilə dəyişdiyini başa düşən Rusiya taktikaları dəyişdirməyə çalışır.
Eyni mənbələrə görə, əvvəllər Rusiya elitası Ermənistanın siyasi hakimiyyəti ilə müxtəlif kanallar vasitəsilə danışmaq istəsəyirdisə, "onlara anlamaq şansı" verirdisə, indi artıq, bütün mümkün əlaqələri kəsmək, vəziyyəti özləri və öz dairələrində düzəltmək taktikasına, "balta" siyasətinə keçib. Həmçinin vurğulanır ki, bununla paralel olaraq, Ermənistandakı Qərb yönümlü qüvvələr Rusiya ilə əlaqəli hər şeyin məhv edilməsində fəaliyyətlərinin zirvəsinə və əsas hədəflərinə çatıblar. Təbii ki, bu, hakimiyyətlə səliqəli şəkildə razılıqla edilir, bu da rusları daha çox qıcıqlandırır.

“Ermənistan və Rusiya rəsmiləri arasında bir divar, sədd yaranıb. Güclə danışıqlar aparmaq istəkləri demək olar ki, yoxdur. Yəqin ki, neytrallıq yalnız müdafiə şöbəsinə göstərilib, amma bu tamamilə başqa məsələdir", deyən nəşrin mənbəsi, hakimiyyətin ağılsızlığı səbəbindən Ermənistanın tezliklə qarşıdurma ocağına çevriləcəyini, xalqın yalnız qurban olacağını söyləyib, onu da bildirib ki, erməni xalqının hesabına hamı öz payını alacaq.

Təbii ki, hamı öz payını alacaq və bunu ermənilərin özləri də çox yaxşı başa düşürlər. Elə ölkədəki həyəcan siqnalı da bütün bunları təsdiqləyir və işğalçı ölkənin mediasında özünü biruzə verən həyəcan təbili də səbəbsiz və təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, ermənilər ruslardan həmişə olduğu kimi bərk qorxurlar və bu qorxu da məntiqidir. Çünki, rusların nəzərini, himayəsini bir an belə çəkəcəyi təqdirdə ermənilərin illər, hətta əsrlər boyu ələ keçirdiklərini bir anda itirə biləcəklərini, hətta bir dövlət kimi məhv olacaqlarını ən adı bir erməni vətəndaşı da çox gözəl başa düşür ki, qorxu da, təlaş da məhz bu səbəbdəndir. İndi Paşinyanın şər iblisi sayılan Sorosun pulunamı, hakimiyyət vədlərinəmi şirniklənərək hər şeyin əllərindən çıxacağını vecinə almaması erməniləri bərk narahat edir və bu mənada onlar haqlıdırlar. Ona görə haqlıdırlar ki, küçədən hakimiyyət postuna otuzdurulan Paşinyan Ermənistanı qarşıdurçalar ocağına çevirdiyini hər kəs anlayır və məhvə sürükləndiyini dərk edir.