Aİ və ÜST COVID-19 ilə mübarizədə Azərbaycana yardım edir

3 İyul 2020 14:54 (UTC+04:00)

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində 168 000 fərdi qoruyucu vasitə ölkəyə gətirilib. SİA-nın məlumatına görə, artıq fərdi qoruyucu vasitələrin müvafiq tibb müəssisələrinə paylanmağına başlanılıb

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri və ÜST-nin Azərbaycandakı nümayəndəsi bu vasitələrin COVID-19-la mübarizədə həyatları xilas etməkdə nə dərəcədə əhəmiyyətli olması haqqında danışıb.