Bakıda gənc oğlan su hovuzunda boğulub

3 İyul 2020 14:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin naməlum şəraitdə dərinliyi təqribən 3 metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 2005-ci il təvəllüdlü Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.