Maskalı vətəndaşlar: "Gərək, avtobuslar 5-6 nəfər aparsın, bu da..." REPORTAJ

6 İyul 2020 15:13 (UTC+04:00)

Artıq ölkəmizdə sərt karantin rejimi 20 iyul tarixinə qədər uzadılıb. Yoluxmaların sayında stabilləşmə olduğu vurğulansa da, statistik rəqəmlər hələ də yoluxma sayının çox olduğunu göstərir.

COVID-19-a qalib gəlməyin çox sadə üsullardan keçdiyini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə görə maskadan düzgün istifadə etmək, həmçinin sosial məsafəni saxlamamaq və sanitar-gigiyenik qaydalara riayət etmək kifayət edir. Bəs, paytaxt sakinləri maskadan istifadə edir, sosial məsafəni saxlayırmı? Ümumiyyətlə, bu vətəndaşlarımız maskadan düzgün istifadə edirlərmi? SİA sizə bu haqda reportajı təqdim edir.