Goranboyda avtomobil traktorla toqquşub, ölən var

3 İyul 2020 13:33 (UTC+04:00)

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Əmin Muradov yerləşdirildiyi xəstəxanada ölüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 1-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilmiş və iyulun 2-də orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.