Bakıda avtomobil piyadanı vuraraq öldürdü

3 İyul 2020 12:55 (UTC+04:00)

Xəzər rayonunun Binə Atçılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 2-də saat 21 radələrində Xəzər rayonunun Binə Atçılıq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yaşar Şirinovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.