DİN 3 nəfərin ölümü ilə bağlı məlumat yayıb

3 İyul 2020 12:46 (UTC+04:00)

Lerik rayonunun Bürsülüm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölmüş, xəsarət almış digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.