2 azyaşlı köməksiz qaldı

3 İyul 2020 12:12 (UTC+04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.