“Barselona”nı kim çalışdıraçaq?

3 İyul 2020 10:59 (UTC+04:00)

“Barselona”nın sabiq yarıımmüdafiəçisi, hazırda isə Qətərin “Əl-Sadd” klubuna rəhbərlik edən Xavi Kataloniya klubunun baş məşqçisi olacaq. SİA xəbər verir ki, bu barədə “Mundo Deportivo” portalının jurnalisti Fransesk Aqilar özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə əsasən, “Barsa”nın prezidenti Xosep Bartomeu Xaviyə kluba rəhbərliyi təklif etməmişdən öncə, komandanın digər oyunçuları ilə məsləhətləşib.

Xavinin razılıq verdiyi bildirilir.