Masallıda karantini pozan kafe və çayxana aşkarlandı FOTO

3 İyul 2020 09:45 (UTC+04:00)

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.