Səfir nazirə təbrik məktubu ünvanlayıb - MƏKTUB

3 İyul 2020 09:45 (UTC+04:00)

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Xarici İşlər Naziri Elmar Məmmədyarovu 60 illik yubileyi münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrik mətni səfirliyin rəsmi facebook hesabında yayımlanıb. Məktubda deyilir:

"Azərbaycan Respublikasının hörmətli Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov, İran İslam Respublikasının səfiri olaraq və bu diplomatik nümayəndəliyin bütün heyətinin adından sizi böyük sevinc hissi ilə 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm və Uca Tanrıdan sizə cansağlığı və ən xoş arzularımı diləyirəm.
60 illik yubileyiniz mübarək, cənab Nazir!".

Hörmətlə
Cavad Cahangirzadə.