Özünü qorumayanı, Tanrı da qorumur!

3 İyul 2020 09:29 (UTC+04:00)

Həsən bəy Zərdabi Həyat qəzetində yazdığı "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində belə deyir: Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur....! Aradan təqribən bir əsr yarım keçib ....elə deyilmi dostlar! Ancaq etiraf edək ki, hələ də az qala heç nəyi dəyişə bilməmişik ya da dəyişməmişik. Hər gün mediadan, sosila şəbəkələrdən şağırış edirik heç bir reaksiya vermirlər. Hər gün televiziyalar vasitəsilə onlarla real sujet göstəririk, görmürlər. Hər gün efirdən, radiodan, təkrar –təkrar deyirik anlamırlar.

Nəticədə koronovirusa yoluxanların sayı azalmır ki, azlamır: "Görəsən bunun səbəbi nədir? Kütləvi qeyri-şüuri inadkarlıq, “virus mənə yoluxa bilməz” cahil cəsarəti, ümumi inkara əsaslanan primitiv eqo ... yoxsa nəsə başqa bir səbəb? Ancaq səbəb nə olursa olsun dərk edilən, anlaşılan deyil. Axı biz niyə belə edirik... ?! Koronavirus pandemiyaya çevrilməyə başlayanda Azərbaycan hər cür tədbirllər aldı ki, ölkəmizdə pandemiya kütləviləşməsin! Yoluxmaların sayı kifayət qədər az oldu. Nədənsə bu təqdir olunmalı vəziyyət cəmiyyətdə bir kütləvi paranoyaqlıq yaratdı. Yəni virus olduğu halda özlərini inandırdılar ki, belə bir virus yoxdur. Bu azmış kimi hələ bir də başqalarını da ciddi cəhdlə virusun olmadığına inandırdılar. Beləliklə cəmiyyətimizdə kütləvi sosial paranoyaqlıq sindiromu baş qaldırdı. Nəticə isə artıq göz qabağındadır! İndi isə gəlib çıxmışıq rəhmətlik Həsən bəyin fikrinin ..., səs-küy salaraq, məcburi başa salmaq.... hissəsinə....
Başa sala bilirikmi, ya da başa düşə bilirikmi ..?
...Əmin deyiləm dostlar ...
Bu məqamda rəhmətlik Fikrət Sadığın “Tanrı Türkü qorusun” şeiri yadıma düşür ...
Dili, dini bir olan əqidəcə bir gərək,
Bu millət bir olunca bizlərə səbir gərək,
İyirmi yüz il azmı, bəlkə iyrmi bir gərək ?!
Gəlsin, Türkün açılan yarasını sarısın,
Türk özünü qorumur, Tanrı Türkü qorusun!
Allah sənə rəhmət eyləsin ustad!
..İyirmi bir də gəldi, iyirmi birin beşdə biri olan iyirmini də bu gün, sabah arxada qoyuruq ... amma Türk özünü qorumur ki, qorumur ...
Dostlar özünü qorumayanı isə heç Tanrı da qorumur!
...amma yenə də Tanrıya üz tutub Fikrət Sadığı təkrar edərək mən də deyirəm ..
Tanrı bizi qorusun.. Amin!.

Hikmət Babaoğlu,

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru