"Roma" və "Napoli"dən gözlənilməz məğlubiyyət

3 İyul 2020 01:40 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Atalanta” 29-cu tur çərçivəsində “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

“Roma” isə “Udineze” ilə ev oyununda məğlubiyyətlə üzləşib.

İtaliya A Seriyası

29-cu tur

2 iyul

Atalanta – Napoli 2:0

Qol: Paşaliç, 47. Qosens, 55.

Roma – Udineze 0:2

Qol: Lasanya, 12. Nesterovski, 78

30 iyun

Torino – Latsio 1:2

Qol: Belotti, 5-pen – İmmobile, 48. Parolo, 72.

Cenoa – Yuventus 1:3

Qol: Pinamonti, 76 – Dibala, 50. Ronaldo, 57. D.Kosta, 73.

1 iyul

Bolonya – Kalyari 1:1

Qol: Barrov, 45+3 – Simeone, 46.

İnter – Breşiya 6:0

Qol: E.Yanq, 5. A.Sançes, 20-pen. D`Ambrosio, 45. Qalyardini, 52. Eriksen, 83. Kandreva, 88.

Fiorentina – Sassuolo 1:3

Qol: Kutrone, 90 – Defrel, 24; 35. Muldur, 61.

Leççe – Sampdoriya 1:2

Qol: Mankosu, 50 – Ramires, 40-pen; 75-pen.

Verona – Parma 3:2

Qol: Di Karmine, 45+3-öz qapısına. Zakkanyi, 54. Pessina, 81 – Kuluşevski, 14. Qalyolo, 64.

SPAL – Milan 2:2

Qol: Valoti, 13. Flokkari, 30 – Leao, 79. Vikari, 90+4-öz qapısına.