"Mançester Siti" çempionu darmadağın edib, "Tottenhem" uduzub

3 İyul 2020 01:12 (UTC+04:00)

İngiltərə Premyer Liqasında XXXII tura yekun vurulub.

SİA xəbər verir ki, turun mərkəzi oyunu son gündə reallaşıb.

"Liverpul" mövsümboyu əsas rəqibi olan "Mançester Siti" ilə səfər matçına çempion kimi çıxıb. Nəticəsi elə böyük önəm kəsb etməyən qarşılaşmada "şəhərlilər" rəqibinə "soyuq duş" yaşadıb. Əvvəlcə "qırmızılar"a çempionluq dəhlizi açan "Mançester Siti" çempionu darmadağınla yola salıb.

Avrokuboka vəsiqə iddiasını davam etdirən "Şeffild Yunayted"lə "Tottenhem"in duelindən isə birincilər qalib ayrılıb. İnamlı qələbəyə sevinən "Şeffild Yunayted" turnir cədvəlində London təmsilçilərini geridə qoyub.

Premyer Liqada XXXIII turun matçları 4-6 iyul tarixlərində keçiriləcək.

İngiltərə Premyer Liqası
XXXII tur
2 iyul
"Şeffild Yunayted" - "Tottenhem" - 3:1
Berge, 31; Musset, 69; Makburni, 84 - Keyn, 90

"Mançester Siti" - "Liverpul" - 4:0
De Bruyne, 25 (pen.); Sterlinq, 35; Foden, 45; Oksleyd-Çamberlayn, 66 (avtoqol)

1.

Liverpul

32

28

2

2

70:25

86

2.

Mançester Siti

32

21

3

8

81:33

66

3.

Lester

32

16

7

9

60:31

55

4.

Çelsi

32

16

6

10

57:44

54

5.

Mançester Yunayted

32

14

10

8

51:31

52

6.

Vulverhempton

32

13

13

6

45:34

52

7.

Şeffild Yunayted

32

12

11

9

33:32

47

8.

Arsenal

32

11

13

8

47:41

46

9.

Tottenhem

32

12

9

11

51:44

45

10.

Bernli

32

13

6

13

36:45

45

11.

Everton

32

12

8

12

40:47

44

12.

Kristal Pelas

32

11

9

12

28:37

42

13.

Nyukasl

32

11

9

12

33:43

42

14.

Sauthempton

32

12

4

16

41:55

40

15.

Brayton

32

7

12

13

34:44

33

17.

Vest Hem

32

8

6

18

38:56

28

18.

Uotford

32

6

10

16

29:49

28

18.

Aston Villa

32

7

6

19

36:60

27

19.

Bornmut

32

7

6

19

30:54

27

20.

Norviç

32

5

6

21

25:60

21