AFFA yeni hakimləri təsdiqlədi

2 İyul 2020 23:37 (UTC+04:00)

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və birinci divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.

SİA AFFA-nın saytına istinadən xəbər verir ki, Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək.

Premyer Liqa, referi:

Rəşad Əhmədov

Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov

Birinci divizion, referi:
Tural Qurbanov

Birinci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov