Reanimasiyada yatan 241 xəstədən 51-i süni tənəffüs cihazına qoşulub - TƏBİB

2 İyul 2020 23:00 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 495 min 828-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8031-ə bərabərdir. Xəstələrdən 241 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 2-də Azərbaycanda koronavirus infeksiyasına daha 572 yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib.