Masallıda “Mənim polisim” devizi altında aksiya keçirilib

2 İyul 2020 18:33 (UTC+04:00)

İyulun 2-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Polisi Gününə həsr olunmuş “Mənim polisim” devizi altında aksiya keçirilib. SİA xəbər verir ki, aksiya çərçivəsində idarənin əməkdaşları Masallı şəhəri ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları çərçivəsində rayonun müxtəlif yerlərində quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini və dəstəyini nümayiş etdiriblər.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən polis işçilərinə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayraqları hədiyyə edilib.