Sülhməramlılarımızın bir qrupu evə döndü

2 İyul 2020 18:17 (UTC+04:00)

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən SİA-ya məlumat verilib.