Serj Sarkisyanın məhkəməsi niyə təxirə salındı?

2 İyul 2020 18:04 (UTC+04:00)

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın məhkəmə prosesi təxirə salınıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə avqustun 6-da baş tutacaq.

Hakim Vaqe Misakyan Sarkisyanın vəkillərinin müraciəti əsasında, pandemiyaya görə proses təxirə salınıb.

Xatırladaq ki, Serj Sarksiyan eks-kənd təsərrüfatı naziri Serqo Karapetyan və s. şəxslər 1 milyon dollarlıq korrupsiya sxemində ittiham olunurlar.