YAP İsmayıllı rayon təşkilatı videokonfrans vasitəsilə görüş keçirib

2 İyul 2020 17:48 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı şura, idarə heyəti, ərazi ilk təşkilat sədrlərinin və fəal gənclərin iştirakı ilə videokonfrans vasitəsilə görüş keçirilmişdir. YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova gündəlikdə duran məsələ Cənab Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsü ilə çıxış etməsi barədə oldu.

Çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd etdi ki, 04 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupununu videokonfrans vasiətsilə Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyərək bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Qoşulmama Hərəkatının Sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, Cənab Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətsə Ermənistan olmuşdu. Bu, həm gözlənilən idi.. Gözləniləndi, ona görə ki Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi, bir işğalçı ölkə olmaq etibarı ilə Ermənistanı narahat edir. Gözlənilməzdi, ona görə ki bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı – necə ki oldu. Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. – Bu da, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir. Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir.

Zirvə görüşündə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğulayıb ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədr müavinləri Zaur Muradov, Taleh Salehov,YAP İsmayıllı rayon Təşkilatı Qadınlar şurasının sədri Xuraman Qurbanova,şura üzvü Hafiz Kərimov, NTQ-nun sədri Rahim Baxışov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Basqal ərazi ilk partiya təşkilatının sədri Novruz Əsədov və başqaları çıxış edərək bildirdilər ki, bu təşəbbüsün Azərbaycandan gəlməsi hər bir soydaşımızı qürurlandırır. Zirvə görüşü onu göstərdi ki, şura sədri olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyev fövqəladə şəraitdə də öz vəzifəsini lazımınca yerinə yetirir və bu bütün dünya üçün örnək ola biləcək birlik və eyni zamanda etibarlı əməkdaşlıq nümunəsidir. COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli zirvə görüşündə 18 bənddən ibarət bəyannamə qəbul edilib. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapıb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdalığı daha da dərinləşdirəcəkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü onun əsas qayəsinin qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bu məqsədlə birliyə dəvət etmək, bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün onları bir araya gətirməkdə olduğununun, habelə Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.

Zümrüd Bayramova