Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sazişi təsdiq edilib

2 İyul 2020 13:03 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.