Ustadlarım gəlib-gedər, sazım, sözüm əbədidir

2 İyul 2020 13:50 (UTC+04:00)

İyulun 17-i, saat 20: 00-da “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “YouTube” və “facebook” sosial şəbəkəsindəki səhfələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil olunacaq.

SİA-nın məlumatına görə, onlayn konsertdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, bədii rəhbəri və mətbuat katibi Güllü Eldar Tomarlı, aşıqlar Səadət Buta, Südabə İrəvanlı, Cəvahir Qaraqızı, Gözəl Kəlbəcərli, Lətifə Çeşməli, Kəmalə Məhyəddinqızı və Ayşə Səyyadqızı iştirak edəcəklər.