İsmayıllıda yanğın baş verib

2 İyul 2020 11:30 (UTC+04:00)

İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 6 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövləyə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.