“Boşandığıma görə məni qınayırlar”

2 İyul 2020 09:23 (UTC+04:00)

Aktyor Fərda Xudaverdiyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor boşandığı üçün onu tənqid edənlərə cavab verib: "Bu saat ən asan şey insanları qınamaqdır. Yaşadıqlarından insan sığortalanmayıb. Hamının başına gələ bilər. Evin içində nə baş verdiyini heç kim bilə bilməz. Ayrıldım deyə, qınayırlar. İnsan yaşamadığı müddətdə qarşısındakını başa düşə bilməz. Oğullarım mənimdir, qardaşdırlar. Bu gün olmasa da, sabah onlar bir yerdə oturub-duracaqlar. O günlərin arzusu ilə yaşayıram".

Fərda artıq çəki almasından da bəhs edib. O bildirib ki, sosial şəbəkədə kökəldiyi üçün ona təhqirlər yazırlar: "Su da içirəm kökəlirəm. Çox tənqid edilirdi ki, kökəlmisiniz. Ondan sonra pəhrizə başladım".