Yeni Zelandiyanın Səhiyyə naziri karantin rejimi qaydalarını pozduğuna görə istefa verib

2 İyul 2020 08:56 (UTC+04:00)

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.

SİA xəbər verir ki, bu barədə iyulun 2-də “Otago Daily Times” qəzeti məlumat yayıb.

Məsələni şərh edən Baş Nazir Casinda Ardernin sözlərini sitat gətirən qəzet yazır: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındırır”. Buna görə də Baş Nazir onun istefasını qəbul etdiyini bildirib.

Sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qədər həmin vəzifəni Təhsil naziri Kris Hipkinz tutacaq.