Əri ilə mübahisə edən 29 yaşlı qadın özünü beşinci mərtəbədən yerə atıb

2 İyul 2020 00:29 (UTC+04:00)

Bakının Qaradağ rayonunda qadın özünü binadan yerə atıb.

SİA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.