"İnter"dən darmadağınlı qələbə, "Milan"dan səfər heç-heçəsi

2 İyul 2020 01:50 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

“İnter” bu turda “Breşiya”nı sınağa çəkib və 6 cavabsız qola sevinib. Son turda “Roma” üzərində inamlı qələbə qazanan “Milan” bu dəfə SPAL səfərinə yollanıb və məğlubiyyətdən son anda xilas olub.

“Bolonya” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Fiorentina” evdə “Sassuolo”ya, “Leççe” “Sampdoriya”ya uduzub. “Verona” – “Parma” matçında isə meydan sahibləri qələbə qazanıb.

İtaliya A Seriyası

29-cu tur

1 iyul

Bolonya – Kalyari 1:1

Qol: Barrov, 45+3 – Simeone, 46.

İnter – Breşiya 6:0

Qol: E.Yanq, 5. A.Sançes, 20-pen. D`Ambrosio, 45. Qalyardini, 52. Eriksen, 83. Kandreva, 88.

Fiorentina – Sassuolo 1:3

Qol: Kutrone, 90 – Defrel, 24; 35. Muldur, 61.

Leççe – Sampdoriya 1:2

Qol: Mankosu, 50 – Ramires, 40-pen; 75-pen.

Verona – Parma 3:2

Qol: Di Karmine, 45+3-öz qapısına. Zakkanyi, 54. Pessina, 81 – Kuluşevski, 14. Qalyolo, 64.

SPAL – Milan 2:2

Qol: Valoti, 13. Flokkari, 30 – Leao, 79. Vikari, 90+4-öz qapısına.

30 iyun

Torino – Latsio 1:2

Qol: Belotti, 5-pen – İmmobile, 48. Parolo, 72.

Cenoa – Yuventus 1:3

Qol: Pinamonti, 76 – Dibala, 50. Ronaldo, 57. D.Kosta, 73.

2 iyul

21:30 Atalanta – Napoli

23:45 Roma – Udineze