Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

1 İyul 2020 16:53 (UTC+04:00)

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etno və dini müxtəliflik sərvətimizdir - telemüzakirələr” mövzusunda layihənin icrasına başlayır. Demokratik Jurnalistlər Liqasından SİA-ya verilən məlumata görə, layihə çərçivəsində Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisləri, ayrı-ayrı milli və dini icma rəhbərləri, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək.

Layihə dövründə “Multikulturalizm dövlət siyasətidir”, “Qafqaz Albaniyasının varislərindən biri-xristian Udilər”, “Erməni terroru multikulturalizmə qarşı”, “Etno və dini müxtəliflik Azərbaycanın sərvətidir” mövzularına həsr edilən ictimai müzakirələr “Səs” onlayn telekalanında hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, Fasebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin məqsədi dövlətimizin əsas siyasi istiqamətlərindən birinə çevrilən Azərbaycan multikulturalizmi, etno və dini müxtəlifliyin təşviq edilməsinə xidmət edən televiziya müzakirələrini təşkil etməkdir.