Salyanda “Toyota” markalı avtomobil aşıb, sürücü ölüb

1 İyul 2020 15:20 (UTC+04:00)

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 1-də saat 1 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində Bakı şəhər sakini Ruslan Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölüb.