Cermuk sakinlərinin tələbi yerinə yetirilmir Amulsarda gərginlik var

1 İyul 2020 15:20 (UTC+04:00)

"Amulsaradakı mədən sənayesinin əleyhinəyəm" təşəbbüsünün müəllifi, Cermuk sakini, ekoloq Şirak Buniatyan narazılığını açıq-aşkar bəyan edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, sözügedən təşəbbüsün müəllifi bu barədə öz Facebook səhifəsində canlı yayımda deyib.

O, qeyd edib ki, Panter Təhlükəsizlik Agentliyinin əvəzinə ərazini qorumaq üçün başqa bir təhlükəsizlik xidməti Amuslara gəlib. Cermuk sakinləri yeni təhlükəsizlik xidmətinin maşınlarının ərazidən çıxarılmasını tələb edir və onun qorunması əvvəllər bu işlə məşğul olan şirkət tərəfindən aparılıbdır.

Qeyd edək ki, dünəndən etibarən Amulsar mədənindəki vəziyyət gərgin olaraq qalır. Buraya Cermuk və qonşu kəndlərin sakinləri, çox sayda polis işçisi də toplaşıb. Təhlükəsizlik xidmətinin rəhbəri isə deyib ki, indi çox sayda sakinin toplandığı üçün ehtiyat qüvvələrini ərazidən çıxara bilmirlər.