Dünyanın ən böyük dovşan tortu hazırlanıb

3 May 2011 01:34 (UTC+04:00)
Çexiyanın Xomutov şəhərində dünyanın ən böyük dovşanşəkilli tortu hazırlanıb. SİA-nın məlumatına görə, tortun hazırlanması üçün 770 yumurta, 32 kq biskvit, 32 kq qaymaq, 18 kq mürəbbə, 8 kq kişmişdən istifadə olunub. Daha sonra isə tort şokoladla örtülüb.

320 kq ağırlığındakı tor Uqerske Qradişte şəhərində kəsilərək yeyilib.dadına baxan çexlər dovşanın dadından razı qalıblar.