Dərman preparatları, spirtli içkilər və mobil telefonlar aşkarlandı

1 İyul 2020 11:39 (UTC+04:00)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən"Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi " DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın xəbərinə görə, yoxlama zamanı, avtomobilin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən qutusu və aksesuarları ilə birlikdə 1 ədəd "Huawei 10 Lite 64 GB", 1 ədəd qutu və aksesuarları olmayan "Huawei Mate 30 Pro 256 GB", 1 ədəd " Honor 32 GB" markalı mobil telefon, 5 adda 39 ədəd spirtli içki, 460 ədəd həb, 110 ədəd kapsul, 20 ampul və 16 flakon müxtəlif adda dərman preparatları, şəxsi əşyalarının içərisində isə gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd xəz dərili gödəkçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.