Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb

1 İyul 2020 10:16 (UTC+04:00)

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb. SİA-nın məlumatına görə, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin benzinin qiyməti 0,1 manat artıb: "Bu, dünya bazarında Aİ-95 benzininin qiymət artımı ilə bağlıdır, çünki benzinin bu markası ölkəyə idxal olunur".