Xəstəliyin ən pis gedişatına uyğun planlar hazırlanıb TƏBİB

30 İyun 2020 18:52 (UTC+04:00)

"Biz hadisələrin ən pis gedişatına uyğun olaraq prosesləri düşünmük. Xəstəliyin ən pis gedişatına uyğun planlar hazırlanıb. Bugünkü gündə qəbul edilən qərarlar xəstəliyin hansısa pik rəqəmə gedib çatmasının qarşısı alınmaq üçün verilir". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yoluxmaların sayını idarə etməyə çalışırıq: "Xəstəlik çox ciddir. Bu gün daha gənc xəstələr və onlarda ağırlaşmalar görürük. Əlimizdən gələni etməliyik ki, pandemiya ölkədə pik həddə çatmasın".