ABŞ-ın Florida ştatında atışma nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb

30 İyun 2020 06:33 (UTC+04:00)

ABŞ-ın Florida ştatında "Amazon" korporasiyasının Ceksonvildəki anbarı yaxınlığında atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli şerifin nümayəndəsi brifinqdə bildirib.

Bildirilir ki, tapançalarla silahlanmış iki nəfər maşından düşərək şirkətdə işləmək üçün müraciət edənlər sırasına yaxınlıaşıb və ordakı adamlara atəş açıblar. Hücuma məruz qalanlardan biri ölüb və daha iki nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb və həyatları üçün heç bir təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisə "xidməti zorakılıq" kimi qiymətləndirilmir.

Polis şübhəliləri axtarır. Hadisənin səbəbləri müəyyən edilməyib.