"Valensiya" futbol klubu baş məşqçisi Albert Seladeslə yollarını ayırıb

30 İyun 2020 04:01 (UTC+04:00)

İspaniyanın "Valensiya" futbol klubu baş məşqçisi Albert Seladeslə yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik komandanın qeyri-qənaətbəxş çıxışına görə 44 yaşlı çalışdırıcını istefaya göndərib.

Qeyd edək ki, Albert Selades 2019-cu ilin sentyabrından "Valensiya"nı çalışdırırdı. "Yarasalar" hazırda 46 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.