İspaniya La Liqasında 32-ci tura "Xetafe"nin qələbəsi ilə yekun vurulub

30 İyun 2020 02:16 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 32-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Xetafe” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda qələbəni meydan sahibləri bayram ediblər.