COVID-19 vaksini Çində istifadə edilməyə başlanılıb SON DƏQİQƏ

29 İyun 2020 17:05 (UTC+04:00)

Çində sınaq müddətində olan COVID-19 vaksini orduda istifadə edilməyə başlanılıb. SİA xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Belə ki, Çinin peyvənd istehsalçısı olan şirkətlərindən biri "CanSino Biologics" Çin Xalq Qurtuluş Ordusunun nəzdində fəaliyyət göstərən tibbi araşdırma institutu ilə birgə yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd hazırlanıb. Ölkədə ən yüksək hərbi idarəetmə müxanizmi olan Çin Mərkəzi Hərbi Komissiyası vaksinin orduda istifadə edilməsi ilə bağlı icazəni təsdiq etdiyi açıqlanıb.

Çin Mərkəzi Hərbi Komissiyasından 25 iyun tarixində razılıq əldə etdiklərini açıqlayan "CanSino Biologics" təsdiq sənədinin bir il ərzində qüvvədə olacağını bildirib. "Ad5-nCoV" adlı peyvəndin daha əvvəl ölkədaxili və xaricdə insanlar üstündə aparılmış klinik sınaqlarda müvəffəqiyyət əldə etdiyi və peyvəndin təhlükəsiz, həmçinin təsirli olduğu sübut olunub.

"CanSino Biologics"dən verilən açıqlamada bu müddət ərzində yalnız hərbçilər üçün təsdiqlənmiş peyvəndin Çin Mərkəzi Hərbi Komissiyasının razılığı olmadan geniş tətbiq edilə bilməyəcəyi qeyd edilib.