Nazənin ailəsində ağır itki

29 İyun 2020 15:56 (UTC+04:00)

Müğənni Nazənin ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, ifaçının qardaşı vəfat edib. Bu haqda ifaçı Afət Fərmanqızı məlumat verib: "Canım, ürəyim, dəyərli bacım Nazənin xanımın Əlizamin qardaşı 60 yaşında rəhmətə gedib. Bu xəbəri eşidəndə məni çox üzdü. Nazənin xanım, karantin qaydalarına görə mən və sənət dostların yas mərasimində iştirak edə bilmir. Üzürlü hesab et. Nazənin xanıma və ailəsinə baş sağlığı verirəm. Son qəniminiz olsun".